RU
`Vəhşi təbiət görmək istəyirsinizsə, Azərbaycana gəlin`- Nazir müavini
13:58
694

`Vəhşi təbiət görmək istəyirsinizsə, Azərbaycana gəlin`- Nazir müavini

Bu gün Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.

 

7News.Az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Əhliman Əmiraslanov bildirib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.

Onun sözlərinə görə, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr ola bilər: 

"Əsas məsələlərdən biri iqlim dəyişikliyi və Günəşin azon qatının deşilməsidir. Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problem də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir. Son yüz ildə dünyada əhalinin 4 dəfə artması , sənaye müəssisələrinin çoxalması bu cür ptoblemlər yaradır”.

Millət vəkili qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.

Daha sonra çıxış edən komissiyanın sədr müavini Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık qeyd edib ki, iqlim dəyişikliyi Türkiyədən də yan keçməyib. O bildirib ki, TürkPA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar: "Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışı zamanı diqqətə çatdırıb ki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub: "Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbayacan gəlin”.

İclas müzakirələrlə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ