Tələbəsi tərəfindən öldürülən müəllimənin ərinin son sözləri hər kəsi göz yaşına boğub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanakkaya Universitetinin Hüquq Fakültəsində imtahan zamanı qayda-qanunları pozan tələbəsini cəzalandırdığı üçün öldürülən müəllimə Cerən Damar üçün vida mərasimi keçirilib.
Vida mərasiminə Cerən Damarın ailəsi və həyat yoldaşı qatılıb.
Cərən Damarın həyat yoldaşı bildirib ki, onunla cəmi 3 ay idi ki, ailə qurubmuş: "Mənə çox şey öyrətdi. Əsla pisliyin tərəfində olmayacağıq. Yaşanan bu hadisə bütün Türkiyə bir dərs və nümunə olsun”.
Qeyd edək ki, Çanakkaya Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Hasan İsmayıl H. təhsil müəssisəinin əməkdaşı Ceren Demirə silahlı hücum edib. O, əvvəl universitetdə müəllim köməkçisi işləyən xanım əməkdaşın xidməti otağına gələrək onunla mübahisə edib. Tərəflər arasında yaranan münaqişə sonda ölümlə nətiəcələnib. Belə ki, tələbə C. Demire bıçaqla xəsarət yetirməyə başlayıb, sonra isə tapança ilə güllələyərək hadisə yerindən qaçıb. Həkimlərin müdaxiləsinə baxmayaraq müəllim köməkçsinin həyatını xilas etmək mümkün olmayıb.










