RU
Vəkil: Fədayə Laçınını səhhəti yaxşı deyil
23:50
588

Vəkil: Fədayə Laçınını səhhəti yaxşı deyil

Həbsdə olan müğənni Fədayə Laçın bu gün vəkili ilə görüşüb.

 7News.Az xəbər verir ki ,bu barədə Oxu.Az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib.

Vəkil bildirib ki, görüş zamanı F.Laçının səhhəti ilə maraqlanıb: "Səhhəti yaxşı deyil. Bildiyiniz kimi, o, hepatit xəstəliyindən əziyyət çəkir. Ağırlaşma yoxdur, amma yaxşı da deyil. Saxlanma şəraiti normaldır, şikayəti yoxdur”.

"Gələn həftə ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırıq”- deyə vəkil vurğulayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ