RU
Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbiri
19:18
754

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbiri

2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının "BMX Racing” növü üzrə keçiriləcək dünya çempionatının məktəblilər arasında təbliği və velosiped idman növünə məktəblilərin maraqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, "Təhsil” Respublika İdman Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verildi. Kütləvi idman tədbirlərinin proqramı çərçivəsində ilk yarış Xətai rayonu 17 saylı orta məktəbin idman meydançasında keçirildi. Xətai ryonu üzrə rayondaxili mərhələdə 32 məktəb olmaqla 200-ə yaxın məktəbli iştirak etdi. Yarışların nəticəsinə əsasən I yerə 29 saylı, II yerə 138 saylı və III yerə isə 17 saylı orta məktəblərin komandaları layiq görüldü.
Qaliblər təşkilatçılar tərəfindən təsis edilmiş kubok və diplomlarla təltif edildi.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ