Layihənin birinci günü seminarlar zamanı gənclər, qadınların bu idman növünə cəlb edilməsi, vətənimizdə velosiped idmanında qazanılmış nailiyyətlər, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarından bəhs edən roliklə tanış olacaq, əyani olaraq velosiped üzərində praktiki təlimlər keçiriləcək, diskusiyalar aparılacaq, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılacaq. Yeniyetmə və gənclərə bu idman növündən bəhs edən kitablar və müxtəlif çap materialları paylanılacaq. Layinənin ikinci günü seminar və təlimlərdə iştirak etmiş qızlar və oğlanların iştirakı ilə veloyürüş keçirilməsi nəzərdə tutulur.
7News.Az








