Velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-dən oktyabrın 12-dək olan müddətdə Bakı şəhər sakinləri Bəşir Hüseynova, Günel Həsənovaya, Türkiyə vətəndaşı Sabri Mecidov Selma Selim qızına və Avstriya vətəndaşı Valter Mitterbauerə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Teymur Quliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
7News.az







