Türkiyədə daha bir faciəvi hadisə baş verib.
Yerli mətbuatın yazdığına görə, Aydın şəhərində işə velosipedlə gedən qadının üstündən avtobus keçib.
Belə ki, Nihal Kasapoğlu adlı xanım velosipedlə gedərkən yol kənarında yük avtomobilini parklamağa çalışan Durmuş Gertik nəqliyyat vasitəsinin qapısını anidən açıb. Nəticədə qapı N. Kasapoğluna dəyib və o, yerə yıxılıb. Həmin vaxt oradan sürətlə keçən avtobus qadının başının üstündən keçib, evli və bir uşaq anası olan 30 yaşlı xanım hadisə yerindəcə keçinib.
Dəhşətli hadisəyə səbəb olan yük avtomobilinin sürücüsü Durmuş Gertik həbs olunsa da, tutulan avtobus sürücüsü sərbəst buraxılıb.(primetime)

7News.Az