RU
Venesiyadan müsəlmanlara qarşı səhv addım —
18:00
387

Venesiyadan müsəlmanlara qarşı səhv addım — "Allahu Əkbər deyə qışqıran olsa, atəş açarıq"

Venesiyanın sağ görüşlü bələdiyyə sədri Luici Brugnaro qalmaqallı açıqlama verib.

Katoliklərlə görüşən sədr Avropa şəhərlərində baş verən terror hücumlarını nəzərdə tutaraq deyib: "Venesiyanın San Marino meydanında Allahu Əkbər deyə qışqıran olsa atəş açarıq".

İtaliya mətbuatının xəbərinə gör Bruqnaronun bu sözləri salonda alqış və gülüşlə qarşılanıb. Eyni görüşdə Bruqnaro ilə qarşılaşan Florensiya bələdiyyəsnin sədri Dario Nardellanın zarafatı isə sərt reaksiyalara səbəb olub.  Nardeloo Bruqnaronu "Allah Əkbər" deyə qışqıraraq salamlayıb və hər iki siyasətçi qucaqlaşaraq gülüşüblər.

Onların bu zarafatı kameralardan yayınmayıb və terror qurbanlarına, müsəlmanlara hörmətsizlik kimi qəbul edilərək siyasət dünyası və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

"İtaliyanın Qardaşları" partiyasının lideri Corcia Meloni deyib: "İtalyan olsun olmasın, hələ də sevdikləri üçün göz yaşı tökən qurbanların ailələrinə hörmətin yoxdur?".

"Solu" partiyası isə Nardellanı ya üzr istəməyə, ya da istefa verməyə çağırıb.

Nardella reaksiyalardan sonra açıqlama verərək üzr istəyib: "Məqsədim kimisə, xüsusən də müsəlmanları incitmək, dinləri ilə zarafat etmək, son günlərin faciəvi hadisələrini xatırlatmaq deyildi".
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ