Venesuelada bir neçə ABŞ vətəndaşı həbsxanadan azadlığa buraxılıb.
Bu barədə "CNN" telekanalı öz mənbələrinə istinadən məlumat verib.
TV azadlığa buraxılan amerikalıların adlarını açıqlamaqdan çəkinib.
Yalnız o qeyd edilib ki, Venesuelanın müvəqqəti hakimiyyəti ən azı dörd ABŞ vətəndaşını azad edib.
Telekanalın məlumatına görə, bu, Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra həbsdə olan amerikalıların həbsdən buraxıldığı ilk haldır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelada siyasi məhbusların azad edilməsi prosesinin başlandığını elan edərək, bu addıma görə minnətdarlığını bildirmişdi.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges də xarici vətəndaşlar da daxil olmaqla həbsxanalardan bir çox şəxslərin buraxılması ilə əlaqədar bəyanat verib.








