RU
Venesuela parlamenti prezidenti - Dövlət çevrilişində ittiham etdi
12:40
376

Venesuela parlamenti prezidenti - Dövlət çevrilişində ittiham etdi

Venesuela parlamenti növbədənkənar iclas zamanı impiçmentlə bağlı referendumun keçirilməsinə qadağa qoyan prezident Nikolas Maduronun bu hərəkətini dövlət çevrilişi adlandırıb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə çoxluq təşkil edən müxalifət dövlət başçısı Maduronun rəhbərlik etdiyi Nazirlər Kabinetinin konstitusiyanı pozmasını özündə əks etdirən qətnamə qəbul edib.

Bundan başqa, müxalifətçi parlamentarilər hökuməti kütləvi küçə etiraz aksiyaları ilə təhdid edib.

Qeyd edək ki, ötən həftə Venesuelanın Milli Seçki Şurası prezidentin səlahiyyətlərinə vaxtından əvvəl son verilməsi ilə bağlı nəzərdə tutulan referenduma hazırlığın dayandırılması ilə bağlı qərar qəbul etmişdi. Qərar onunla əsaslandırılmışdı ki, bir sıra bölgə hakimləri müxalifət tərəfindən daha əvvəl toplanmış imzaları saxta olaraq tanıyıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ