RU
Venesuelada benzin 95 dəfə bahalaşdı
11:48
1124

Venesuelada benzin 95 dəfə bahalaşdı

Məcburi tədbirdir.

Venesuela prezidenti Nikolas Maduro benzinin qiymətinin bahalaşmasını bəyan edib, bu son 20 ildə ilk bahalaşmadır.

7News.Az Lifenews-a istinadən xəbər verir ki, bu barədə France-Presseagentliyi məlumat yayıb.

Ölkə vətəndaşlarına müraciət zamanı Maduro bəyan edib ki, yanacağın bahalaşması –iqtisadi böhranın nəticələrini yüngülləşdirmək üçün görülən məcburi tədbirdir.

Bahalaşma xeyli gözəçarpacaq olacaq: bu gün Venesuelada benzinin bir litri təxminən 0,01 dollardır, amma bahalaşdıqdan sonra 95-ci benzin üçün avtomobil həvəskarları 0,95 dollar ödəməli olacaqlar. 91-ci benzin isə təxminən altı dəfə ucuz olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ