RU
Venesuelada hökumət və müxalifət seçkilərin tarixi ilə bağlı razılığa gəlib
15:17
35

Venesuelada hökumət və müxalifət seçkilərin tarixi ilə bağlı razılığa gəlib


7NEWS.az xəbər verir ki, Barbados adasında bir araya gələn hökumət və Venesuela Unitar Platforması nümayəndələri danışıqlar nəticəsində Norveçin vasitəçiliyi ilə seçkilərin 2024-cü ilin ilk yarısında keçiriləcəyini açıqlayıb. Birgə bəyanatda embarqoların aradan qaldırılmasının vacibliyinə diqqət çəkilərək, "Ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərinə gedən yolda ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını yumşaltmasını və seçkilərlə bağlı təminatları müəyyən edən iki qismən saziş imzalanıb"-deyilib.  Bəyannamədə seçkilərdə milli və beynəlxalq müşahidəçilərin iştirakının vacibliyi vurğulanıb və oktyabrın 22-də keçiriləcək praymeriz nəticəsində müxalifətin öz namizədini irəli sürə biləcəyi bildirilib. Tərəflərin razılığa gəldiyi və Venesuelada uzun illərdir davam edən siyasi və iqtisadi böhrana həll yolu tapmağı hədəflədikləri paylaşılıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ