ABŞ-da yaşayan Quaydo barəsində "çirkli pulların yuyulması, dövlətə xəyanət və dövlətə iqtisadi ziyan vurmaq” ittihamları ilə həbs qərarı verilib.
7NEWS.az xəbər verir ki, Venesuela Baş Prokurorluğu ABŞ-da yaşayan müxalifət lideri, Milli Assambleyanın (AN) keçmiş sədri Xuan Quaydo haqqında "həbs orderi” verildiyini açıqlayıb. Venesuelanın Baş Prokuroru Tarek Uilyam Saab keçirdiyi mətbuat konfransında aprel ayından ABŞ-da yaşayan Quaydoya qarşı "çirkli pulların yuyulması, dövlətə xəyanət və dövlətə iqtisadi ziyan vurmaq" ittihamı ilə "həbs qərarı" verildiyini bildirib.
7NEWS.az








