Xəzər rayon prokurorluğunda işi araşdıran müstəntiq Pərviz Muradov SalamNews-a faktı təsdiq edib.
Hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, 24 yaşlı Elçin Arzuman oğlu Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb. Həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov qaynanası Fərqanə Mürsəlovadan qızını geri qaytarmasını tələb edib. Ancaq F.Mürsəlova kürəkəninin sözünə əhəmiyyət verməyib.
Cinayətin baş verdiyi 7 saylı Ağciyər sanatoriyasının baş həkimi Habil İsmayılovun sözlərinə görə, axşam saat 7 radələrində Elçin Hüseynov Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən sanatoriyaya gələrək orada sanitar işləyən 45 yaşlı qaynanasını 9 bıçaq zərbəsilə öldürüb.
Qeyd edək ki, Buzovna qəsəbə sakini olan Fərqanə Mürsəlova 10 ildən artıqdır ki, həmin sanatoriyada işləyir. Qətl baş verən zaman F.Mürsəlovanın iş vaxtı bitsə də, həmin gecə o, sanatoriyada növbətçi olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Elçin Hüseynov saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
7News.az








