Mənzil və kommersiya obyektlərinin satışı zamanı vergidən yayınma halının qarşısının alınacaq. Bu yenilik Vergilər Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə də əksini tapıb. Ekspertlərin fikrincə, bu dəyişiklik mənzillərin satışında stimul rolunu oynayacaq.
Yeni qaydalara əsasən vergilər satışdan əldən edilən gəlirlərə əsasən deyil, əmlakın hər kvadratetrinə görə müəyyənləşdiriləcək. Ekspert Vüqar Bayramlı deyir ki, bu, eyni zamanda mənzillərin satışında müəyyən bir stimul formalaşdıracaq. O, əlavə edib ki, əvvəllər mənzil satışlarına mənfi təsir edən amillərdən biri də məhz vergilərin qiymətə görə tənzimlənməsi idi. Vüqar Bayramlı onu da əlavə edib ki, daşınmaz əmlakın satış qiymətlərinə gəlincə isə yaxın zamanlarda burada heç bir ciddi qiymət artımı gözlənilmir. Ekspert bunu mənzil bazarında təlabatın aşağı düşməsi ilə əlaqələndirib. /ttv
7News.Az








