Vergilər Nazirliyi borcların müəyyən faiz hissəsi ödəniləcəyi təqdirdə qalan maliyyə sanksiyaları üzrə borcları silinə biləcək vergi ödəyicilərinin siyahısını açıqlayıb.
7news.Az Report-a istinadən xəbər verir ki, bu qərar ümumilikdə 22 min 845 vergi ödəyicisinə aid edilib.
Məlumatda deyilir ki, maliyyə sanksiyaları üzrə borcları silinə bilən fiziki şəxslərin sayı 13 min 14 nəfər, hüquqi şəxslərin sayı isə 9831-dir.
7news.Az








