RU
Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı
20:50
3425

Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

Məmmədov istintaqa cəlb olundu.

Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.

7news.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.

12:56

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

7news.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ