RU
Vergilər Nazirliyinin büdcəyə ödədiyi məbləğ AÇIQLANDI
14:13
378

Vergilər Nazirliyinin büdcəyə ödədiyi məbləğ AÇIQLANDI

Bu ilin noyabr ayına qədər Vergilər Nazirliyinin dövlət büdcəsinə ödədiyi vəsaitin miqdarı açıqlanıb.

2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295  milyon 813,0  min manat vəsait ödənilib.

Nazirlik bildirir ki, bu göstərici ilə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.
Advertising 15

Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ