RU
Verilişə qatılan qonaq müzakirə zamanı soyundu, söhbətə lüt halda davam etdi - VİDEO - FOTO
12:00
1137

Verilişə qatılan qonaq müzakirə zamanı soyundu, söhbətə lüt halda davam etdi - VİDEO - FOTO

BBC radio 4-ə dəvət olunan qonaq efir zamanı soyunub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Con Hampreys-in (John Humprys) aparıcılıq etdiyi verilişə qatılan Viktoriya Beytmen (Victoria Bateman) müzakirə əsnasında gödəkçəsini çıxarıb. O, lüt halda aparıcının qarşısında oturaraq söhbətə davam edib.

Qonaq bu hərəkəti ilə Britaniyanın Avropa İttifaqından çıxmaq istəyini qınayıb. O bildirib ki, "Brexit" Britaniyanı çılpaq vəziyyətdə qoyacaq.

Onun sinəsinə yazılan "Brexit" sözü də diqqət çəkib. Viktoriya, həmçinin bununla gender bərabərsizliyinə də etiraz edib.

 

Qeyd edək ki, "Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"dən götürülüb.

7News.Az

Verilişə qatılan qonaq müzakirə zamanı soyundu,söhbətə lüt halda davam etdi

Verilişə qatılan qonaq müzakirə zamanı soyundu, söhbətə lüt halda davam etdi - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ