Yeni "Miss Ukrayna-2018"in adı açıqlanıb.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatçılar həmin şəxsin Leonila Guz olduğunu açıqlayıb. Əvvəlki gözəl Veronikanın tacı alınaraq 19 yaşlı Guza verilib.
Yeni qalib 30 sentyabr tarixində elan olunub. O, ölkəsini "Miss World" müsabiqəsində təmsil edəcək.
Bu məqamda bildirək ki, "Ukrayna gözəli" yarışması bu il səs-küyə səbəb olmuşdu. Belə ki, qalib Veronika Didusenkonun övladının olması və bunu təşkilatçılardan gizlətməsi qalmaqal yaratmışdı. Təşkilatçılar onun qayda pozduğunu, tacının geri alınacağını bildirmişdilər.
7News.Az









