Bu gün səhər saatlarında Salyan şəhərində Kür çayından tapılmış, üzərində zorakılıq əlaməti olmayan nəşin 20 yaşlı Salyan şəhər sakini Nəcəfov Murad Əsəd oğlu olduğu məlum olub.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumata görə, Vətən müharibəsinin iştirakçısı olan Murad əsgəri xidmətdən iyulun 1-də, tərxis olumuşdu.
O, müharibədə kontuziya almışdı. Döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunmuşdu.
Allah rəhmət etsin!/yenisabah
7NEWS.Az








