Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə 7NEWS.az-ın yerli bürosuna Pərviz İsgənrovun atası Abbas İsgədərov məlumat verib
"Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Təkrar edirəm oğlum sağdır ölməyib" - deyə A.İsgəndərov bildirib
7NEWS.az








