Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan balistik raketlər nəticəsində 3085 zərər dəymiş tikili var. Bu barədə 7NEWS.az-ın yerli bürosuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Açıqlanan məlumatda bildirilib ki, 23 dağıdılmış fərdi yaşayış evinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında tikinti işləri gedir. Paralel olaraq Dağıdılmış 1 qeyri-yaşayış obyektinin də inşaası aparılır, 800 tikilinin təmir bərpası artıq yekunlaşıb. Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri 5 dəfə balistik raketlərlə hədəfə alınıb.Ölkənin ikinci böyük şəhəri oktyabr ayında raket hücumuna məruz qalıb.












