Vətən müharibəsi zamanı Ermənistan tərəfindən atılan raketlər zamanı dağılan və ya qəzalı vəziyyətə düşən 21 fərdi yaşayış evinin tikinti işləri aparılır. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən aparılan işlər çərçivəsində 520-yə yaxın yaşayış və qeyri-yaşayış obyektinin təmir-bərpa işləri gedir, artıq 120 yaxınında işlər yekunlaşıb.Ümumilikdə isə erməni terroru zamanı mindən artıq yaşayış evi, obyektlər tam və ya qismən dağılıb. Bu tikililərin bərpası istiqamətində işlər davam etdirilir.








