RU
Vətən müharibəsinin iştirakçısı olmuş polkovniki maşın vurub öldürüb - FOTO - YENİLƏNİB
18:02
118

Vətən müharibəsinin iştirakçısı olmuş polkovniki maşın vurub öldürüb - FOTO - YENİLƏNİB

Ötən gün Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs ehtiyatda olan zabit olub.

7NEWS.Az xəbər verir ki, yol qəzasında ölən 1982-ci il təvəllüdlü Şöhrət Namazov 2016-cı ilin aprel döyüşləri və Vətən müharibəsində iştirak edib.
Polkovnik-leytenant Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılıb.



09.44

Gəncədə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

Röyal İsmayılov idarə etdiyi "KİA" markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Şöhrət Namazovu vurub.

Piyada xəstəxanaya aparılarkən keçinib.

Faktla bağlı araşdırma aparılır.



7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ