Ağlayıb düşməni sevindirməməliyik,Vətən sağ olsun deyən Vaqif dayı kimi şəhid valideynlərinin qarşısında baş əyirik.
Şəhidlərimizi daha yaxından tanıyaq və onların Vətən sevgisindən örnək götürək.
(2-ci yazı)
Ön cəbhədə son hadisələr zamanı şəhid olan Murad Vaqif oğlu Məmmədovun ailəsini ziyarət edib, şəhidimizə Allahdan rəhmət,ailəsinə səbr dilədik. Şəhidimizin atası Vaqif dayının mərdliyi və mətanəti qarşısında baş əydik.Oğlumun Vətən yolunda,torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmasından qürur duyuram,təki Vətənimiz sağ olsun,torpaqlarımız işğaldan azad olunsun deyirdi Vafiq dayı. Martın 10-da 10 günlük məzuniyyətə gəlibmiş Murad qardaşımız. 20-də nişan aparacaqdılar ona. Amma ön cəbhədə vəziyyət gərginləşdiyindən yarımçıq qayıdıb.Nişanına gedə bilməyib. Onsuz ediblər nişanı ölümündən 13 gün əvvəl. Yaradan onu şəhidlik məqamı yazıbmışı.Ailənin İki oğul övladının ikisi də hərbidə qulluq, Vətənə xidmət edirdi. Onun haqqında o qədər gözəl sözlər danışırdı ki, ailəni ziyarətə gələnlər. Vətənpərvər bir gənc olub. Hər zaman torpaqlarımızı işğaldan azad etmək eşqi ilə yanıb dəyərli şəhidimiz. Ailəsi, dəyərli atası da onları elə bu ruhda böyüdüb. Ağlamamalıyıq,düşməni sevindirməməliyik, oğlumun Vətən yolunda şəhid olmasından qürur duyuram deyir Vaqif dayı. Vətən sağ olsun sözü isə heç dilindən düşmürdü. Söhbət zamanı da söylədim. Belə dəyərli valideynlərlə fəxr edirik. Onlar bir çoxları üçün sözün əsl mənasında bir örnəkdirlər. Nur içində yatsın Murad qardaşımız. Vətənimiz də, millətimiz də heç bir zaman onları unutmayacaq və hər zaman sevgi ilə xatırlayacaq. Ağlayıb düşməni sevindirməməliyik,Vətən sağ olsun deyən şəhidimiz Murad qardaşımızın atası Vaqif dayının və əziz anasının qarşısında baş əyirik.Ailəsinin tək istəyi qanı yerdə qalmasın və torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin. Müdafiə nazirliyimizə təklifimi bir daha söyləmək istəyirəm.Yaxşı olardı ki şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir adddım olardı.Nur içində yatın əziz şəhidlərimiz.
7News.Az








