Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri, Natiq Abdullayevın, İsmayıl İsmayılovun Şəki ş. sakini Gülşən Əzizovanın və Göyçay rayon sakini Zeynal Mikayılov CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrəməhkəmə prosesinın baxışı yekunlaşıb.
7news.az xəbər verir ki, bu il iyunun 1-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə ələ keçirən Natiq Abdullayev və İsmayıl İsmayılov Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulublar. Əməliyyat-axtarış tərdbirləri nəticəsində məlum olub ki, həmin cinayətin törədilməsində Gülşən Əzizova və Zeynal Mikayılovun da əli var, sonuncuların yeri müəyyən edilərək onlar da cinayət məsuliyyətinə cəlb olunublar.
Müəyyən edilib ki, N.Abdullayev və İ.İsmayılov əvvəllər məhkum olunublar.
Məhkəmənin hökmü ilə Natiq Abdullayev 13 il 6 ay, Zeynal Mikayılov 12 il,Gülşən Əzizova 11 il və İsmayıl İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar.








