RU
Vəzifəli şəxslər rüşvətə görə məhkəmə zalında həbs edildi
10:20
43

Vəzifəli şəxslər rüşvətə görə məhkəmə zalında həbs edildi

əsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və Zamin Həsənov dərhal məhkəmə iclas zalında həbs olunub.

Bundan başqa, Məmməd Əliyevin barəsindəki şərti cəza tətbiqinə dair müddəalar xaric edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, Zamin Həsənov Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib. Məmməd Əliyev isə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi olub.

Sabiq rəisin barəsində Cinayət Məclləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ