“Ən-Nüsra” Cəbhəsi tərəfindən əsir alınan Bəşər Əsədin əsgəri rejim ordusunu “kafir” adlandırıb.
Xan Tuman bölgəsində əsir alınan əsgər vəziyyətdən çıxmaq üçün yalan danışıb.
Rejim əsgəri bildirib ki, ona yəhudilərlə döyüşəcəyi bildirilib. Lakin onu sorğuya çəkən döyüşçünün “İkimiz də bilirik ki, burada yəhudilər yoxdur” deməsindən sonra özünü itirən əsgər Əsədin ordusunu “kafir” adlandırıb.
Görüntüləri qeydə alanların türk dilində danışdığı görünür. Əsgərin sorğudan sonra əsirlərin saxlanıldığı həbsxanaya aparıldığı bildirilir./publika
7news.az








