Ukrayna prezidenti Volodimir Zelenski sələfi Viktor Yanukoviçin Kiyev yaxınlığındakı dövlət iqamətgahının yerində milli parkın yaradılması haqqında qanunu imzalayıb.
Park Kiyev vilayətinin Vışqorodski rayonu ərazisində yerləşəcək və ümumi sahəsi 138,6 hektar olacaq.
Qanunda qeyd olunub ki, park Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinə tabe olan xüsusi administrasiya tərəfindən idarə olunacaq.








