RU
Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi
10:50
329

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

7News.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib. 

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ