RU
Vilayət Eyvazov onu Mingəçevirdən Səbailə gətirdi
10:50
176

Vilayət Eyvazov onu Mingəçevirdən Səbailə gətirdi

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad olunub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daha bir əmrinə əsasən, Hikmət Qasımov Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev oxu.az-a məlumatı  təsdiləyib.
 
Qeyd edək ki, H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ