RU
Vilayət Eyvazov rəisi, müavinini və əməliyyatçıları işdən çıxardı
13:13
375

Vilayət Eyvazov rəisi, müavinini və əməliyyatçıları işdən çıxardı

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.

7NEWS.az-ın unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.

Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ