RU
lombard
Vilayət Eyvazovdan özünü güllələyən polis rəisinin yerinə TƏYİNAT
16:54
658

Vilayət Eyvazovdan özünü güllələyən polis rəisinin yerinə TƏYİNAT

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.
7NEWS.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə təhqiqatçı vəzifəsində çalışıb.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ