RU
Virciniyada atışma nəticəsində iki nəfər öldürüldü
12:20
484

Virciniyada atışma nəticəsində iki nəfər öldürüldü

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində atışma baş verib.

Bu barədə şəhər polisinin "Twitter”də yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, silahlı insident nəticəsində azı iki nəfər ölüb.

"Atışma nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda vurğulanır.

Hazırda faktla bağlı araşdırma aparılır. /oxu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ