Türkiyədə karantin rejiminin tətbiq olunduğu ərəfədə nişan mərasimi təşkil edənlər arasında koronavirusa yoluxma halı qeydə alınıb.
7News.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Kahramanmaraş vilayətinin Afşin mahalının Hüyüklü qəsəbəsində təşkil olunan nişan mərasimində iştirak etdikdən sonra halsızlayan 5 nəfərin koronavirus testinin nəticələri müsbət çıxıb.
Nəticədə qəsəbədəki digər şəxslər də karantinə alınıb. Bugünkü statistikaya görə, 600 nəfərin qeydiyyatda olduğu həmin məhəllədə koronavirusa yoluxanların sayı 30-a çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Türkiyə koronavirusa yoluxanların sayına görə siyahıda 9-cu yerdədir. Bu ölkədə 3952 nəfər Covid-19 səbəbi ilə dünyasını dəyişib.
7News.Az









