Bu il Macarıstanda "Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələri və Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin Zirvə Görüşü keçiriləcək.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə TDT Baş katibi Bağdad Amreyev İstanbulda təşkilatın Ağsaqqallar Şurasının iclasında bildirib.
O, bu il Azərbaycanda da qeyr-rəsmi Zirvə Görüşünün keçiriləcəyini vurğulayıb, lakin dəqiq tarix göstərməyib.
Xatırladaq ki, bu il "Vişeqrad qrupu”na Macarıstan sədrlik edir.
7NEWS.Az








