RU
Vitali Rəhimovun olimpiya medalı əlindən alındı
16:23
658

Vitali Rəhimovun olimpiya medalı əlindən alındı

"Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb”. 

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. 

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Vitali Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.//azvision.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ