RU
Vitebskdə gəlin və qaynana bəyi döydülər
20:35
2940

Vitebskdə gəlin və qaynana bəyi döydülər

Hadisəni digər avtomobilin videoreqistratoru lentə alıb.

Belarusiyanın Vitebsk şəhərinin mərkəzində gəlin və onun anası bəyi döyüblər.

Hadisə martın 26-da baş verib.

İnsidenti gəlin maşının arxasınca gələn avtomobilin videoreqistratoru lentə alıb.

Avtomobildən çıxan gəlin gül buketi ilə bəyi döyməyə başlayıb. Sonradan cütlüyə yaşlı qadın yaxınlaşaraq - onun gəlinin anası olması təxmin edilir - əlindəki sumka ilə bəyi döyməyə qoşulub.

Gənc oğlana qarşı belə aqressiyanın səbəbi məlum deyil. Qeyd olunur ki, hadisə Vitebskin tarixi mərkəzində baş verib. Gənclər buraya zaqsdan sonra şəkil çəkdirməyə gəlirlər./oxu

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ