Ekvador məhkəməsi vitse-prezident Xorxe Qlasın həbsində order verib.
Bu barədə "Comercio” nəşri məlumat yayıb.
Məlumata görə, hakim Miqel Xurado prokurorluğun təqdim etdiyi yeni sübutlar əsasında qərar qəbul edib. Qlasla bərarbər əmisi Rikardo Riverin də həbsinə order verilib.
Vitse-prezident Qlas tikinti şirkəti olan Odebrecht-dən rüşvət götürməkdə ittiham olunur.
Qeyd edək ki, avqustun əvvəlində Ekvador prezidenti Lenin Morena vitse-prezident Qlası bütün səlahiyyətlərindən məhrum edən əmr imzalayıb./qafqazinfo
7news.Az








