Milli Məclis (MM) sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova prezident seçkiləri ilə bağlı səsvermə hüququndan istifadə edib.
7news.Az-ın xəbərinə görə, vitse-spiker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.
Səsvermədən sonra B. Muradova ilk dəfə səsvermə hüququndan istifadə edən gənc seçici Aslan Mirzəyevlə görüşüb və ona uğurlar arzu edib.
7news.Az








