RU
Vitse-spiker Azərbaycana gəlir
20:45
357

Vitse-spiker Azərbaycana gəlir

İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək.

7news.Az bildirir ki, bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər zamanı vitse-spiker Azərbaycan rəsmiləri ilə, həmçinin Milli Məclisdə görüşlər keçirəcək.

Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Səfər sentyabrın 9-da başa çatacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ