RU
Vitse-spiker: Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir
15:06
223

Vitse-spiker: Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir

Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verərkən deyib.

Vitse-spikerin sözlərinə görə, gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir: "Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm”.

Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: "Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər”./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ