RU
Övladı ölümdən dönən ana həkimi günahlandırdı:
19:54
1087

Övladı ölümdən dönən ana həkimi günahlandırdı:

Bakıda məktəbli qız şəkərli diabetin zəhər kimi ağrılarından, acılarından əziyyət çəkir, məşəqqətli müalicə kursu alır.

Anastasiya Lobastova indi evdə müalicə olunur.

Amma müalicə həm də mübahisəyə səbəb olub, çünki Anatasiyanın anası qızının başına gələnlərdən həkimləri də suçlu bilir.

Bakı sakini Elvira Sultanova Milli.Az-a müraciət edərək həkimin səhvi ucbatından başına gələnləri danışıb: "Qızım şəkər xəstəliyindən əziyyət çəkir. Uzun illərdi insulin vururuq və bütün qida və digər məsələlərə diqqət yetiririk ki, vəziyyəti pisləşməsin. Ayın 6-da qızımın halı pisləşib və qusmağa başlayıb. Evimizin yaxınlığında, Badamdarda olan uşaq poliklinikasına getdim və vəziyyəti danışdım. Oradan evə infeksiya şöbəsindən Samirə adlı həkim yolladılar. Evə gələn həkim qızımı müayinə etdi və "qastero interik" diaqnozu təyin elədi. Samirə xanım müalicə üçün sistem vurdu, ancaq vurulan dərmanın tərkibində şəkəri qaldıran maddələr var idi.

E.Sultanova qeyd etdi ki, həkim diaqnozu təyin etdikdən sonra qızıma sistem vurduq, bir müddətdən sonra halı düzəldi: "Hətta deyib gülürdü belə. Səhəri günü axşamı qızımın halı yenidən dəyişdi. Bu dəfə daha da sərtləşmişdi ağrılar və baş gicəllənmələr başlandı. Həmin dəqiqə Samirə xanıma və öz endokrinoloqum Mehriban xanıma dəfələrlə zəng vurdum, ancaq düşə bilmədim. Çalışıb vəziyyəti bir azaca da olsa, düzəldə bildim. 5-ci gün, nəhayət, hər iki həkimlə əlaqə yara bildim. Endokrinoloquma məsələni danışdım, bildirdim ki, infeksionist gəlib qızıma diaqnoz təyin edib və sistem vurub. Mehriban xanım isə bir əvəzinə üç sistem vurmağı tövsiyə etdi. Həmin sistemin adı "dializ" gedir. Ancaq Samirə xanım başqasını vurub. Daha sonra Samirə xanımla danışdım gəlib üç sistem qoşdu. Şənbə günü vəziyyəti normal idi, həmin gecə saat üç radələrində halı tamami ilə dəyişdi, demək olar, qızımı artıq itirmişdim. Gecə olduğundan evə təcili tibbi yardım cağırdım. Dərhal gəldilər və ilk öncə, qarın sancılarına görə apendisiti yoxlamaq üçün 1 saylı Kliniki Xəstəxanaya üz tutduq. Qızımda kor bağırsaq iltihabı olmadığından bizi Gənclikdə yerləşən 6 saylı xəstəxanaya gö ndərdilər.

Orada qızım artıq gözünü qapamışdı və əl-ayağı buz kimi idi, həkimlər nə qədər cəhd etsələr də, qızımın damarından nə qan götürə, nə də iynə vura bilirdilər. Qanda güclü laxtalanma getmişdi. Sonda başqa tibb bacısı çağırdılar, bu xanım bir neçə cəhddən sonra iynə vura bildi. Elə bildim Samirə xanımın vurduğu dərmandandı, ancaq soruşanda bildirdi ki, bu başqadı. Samirə xanımın vurduğu dərmanın tərkibində C vitamini olduğu üçün qanda laxtalanma verir. Bir müddət keçdikdən sonra qızımın əllərinə istilik gəldi və düzəlməyə doğru irəlilədi. İndi qızım evdə yataqda müalicə alır".

E.Sultanova qızının səhv diaqnozla müalicə edən həkimin cəzalandırılmasını istəyir.

Məsələ ilə bağlı günahlandırılan həkimlə əlaqə saxladıq. Milli.Az-a açıqlama verən, soyadını demək istəməyən Samirə xanım öz işinin ustası olduğunu bildirərək, yeniyetmənin müalicəsində heç bir səhvinin olmadığını söyləyib.

"Anastasiyada "dialiya", qarın ağırları idi, mən uşağı müalicə etdikdən sonra onun vəziyyəti müsbət tərəfə dəyişmişdi. Yeniyetməyə otlardan çay düzəltmişəm, ona necə lazımdı, sanki, öz balam kimi malicə etmişəm.

İlk müalicədə uşaqda yaxşılaşma gedən kimi, Elvira xanım mənə neçə dəfə təşəkkürünü bildirdi. Yas mərasimində idim, buna baxmayaraq işə çağırdılar və dərhal uşağın müalicəsi üçün gəldim və necə lazımdı, elə də müalicə etdim.

Bunu bütün həkim heyəti və məni tanıyanlar bilirlər ki, necə həkiməm və öz xəstələrimi necə müalicə edirəm. Şəkərli diabet xəstələrinin vəziyyəti hər an dəyişə bilər. Buna görə də Elvira xanıma bildirmişdim ki, daima olaraq öz endokrinoloqları ilə əlaqədə olsunlar.

Elvira xanım necə bir insandır ki, ilk öncə, mənə təşəkkür edir, daha sonra məndən narazı qalıb şikayət eləyir. Mən onun uşağına tərkibində "ringer" məhlulu olan dərman təyin etdim və otlardan bitki çayı vermişəm. Amma buna baxmarayaraq ona hər dəqiqə bildirmişəm ki, Mehriban xanımla da əlaqədə olun.

Mən bir həkim kimi deyə bilərəm ki, vicdanım təmizdi, çünki, işimi bilən adamam", - həkim dedi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ