RU
11:06
581

"Övladım qucağımda keçindi" - Əməkdar artist göz yaşlarına qərq oldu

"Baxıram ki, indi analar, atalar uşaqlarını atırlar. Artıq 1 həftədir ki, bizim ailə böyük bir şok yaşayır. Qızımın övladı talessemiya xəstəsi olaraq doğulacaqdı. Məcbur olaraq hamiləliyi dayandırdıq".

Bu sözləri Respublikanın Əməkdar artisti Kəmalə Müzəffər "Bizimləsən" proqramında qonaq olarkən deyib:

"Qızımla kürəkənim 8 il bir-birlərini seviblər. Bu gün yaşadıqları kədərin arxasında 8 illik sevgi dayanır. Onlara, sevgilərinə baxıb qürur duyuram. Övlad itkisinin nə demək olduğunu çox gözəl bilirəm. Çünki mənim 3-cü övladım qucağımda vəfat edib. Övladım hidrosefal (baş böyüməsi) xəstəliyindən əziyyət çəkirdi. Həmin övladım 4 ay yaşadı və qucağımda keçindi. Onu basdıranda şükür edirdim. Bir ana şükür edirdi çünki o, yaşasaydı, sağalmayacaqdı. Şükür edirdim ki, əziyyətə qalmadı (ağlayır)"./big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ