RU
Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb
16:20
212

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

"Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”, - məlumatda deyilir.

Bildirilib ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ