RU
Vladimir Putinlə Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
14:40
21

Vladimir Putinlə Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Məlumatı TASS yayıb.

Oktyabrın 18-də Pekində Rusiya və Çin liderlərinin təkbətək görüşü olub.

Məlumata görə, tərəflər ən xırda məsələləri belə detallı müzakirə ediblər.

Xatırladaq ki, bu gün Çinin paytaxtı Pekində 3-cü "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu başlayıb. Foruma 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə qatılıb.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ