Türkiyədə baş verən dəhşətli hadisə hamını heyrətə gətirib.
7News.az-ın məlumatına görə, övladını səhər dərsə yola salan qadın bir müddət sonra uşağı dayanacaqda görüb. O əvvəlcə düşünüb ki, məktəb avtobusu hələ gəlməyib. Lakin sonradan məlum olub ki, 6 yaşlı uşaq dərsə getmək istəməyib və buna görə avtobusu buraxıb.
Qəzəblənən qadın balacanı avtomobilin arxasına iplə bağlayaraq 100 m sürüyüb. Baş verənləri görən ətrafdakılar dərhal maşını saxlatdırıb və qadından əməlinə görə izahat tələb ediblər. Qadın isə özünün haqlı olduğunu iddia edib. Gəl ki, polis qanun çərçivəsində davranıb və qadını həbs edib.








