RU
Övladları ilə problem yaşayan ana özünü dənizə atmaq istədi
10:24
491

Övladları ilə problem yaşayan ana özünü dənizə atmaq istədi

Bakı bulvarında intihara cəhd olub.

Dünən saat 20 radələrində Neftçilər prospekti 19 ünvanının yaxınlığında, Dənizkənarı Milli Parkın ərazisində, 1958-ci ildə anadan olmuş, Bakı sakini Qəmbərova Svetlana Hüsü qızı (ad və soyad şərtidir) özünü dənizə ataraq intihara cəhd edib.

Parkda istirahət edən digər sakinlər intihara cəhdin qarşısı alınıb və vətəndaş polis tərəfindən ərazidən aparılıb.

S.Qəmbərova deyib ki, övladları ilə bağlı yaranan problemə görə özünü öldürmək istəyir.

Araşdırma aparılır./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ