"Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib.
7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Martin Şmidtin istefa verməsindən sonra boş qalmış vəzifəyə Bruno Labbadia təyin olunub. Onunla 2018-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, B.Labbadianın son iş yeri "Hamburq" olub.
Əlavə edək ki, "Volfsburq" hazırda Almaniya Bundesliqasında 24 xalla 14-cü pillədə qərarlaşıb.








